Icma.az
close
up
RU
ABŞ zərbələrindən əvvəl nüvə zavodunda qeyri adi aktivlik və... Peyk görüntüləri

ABŞ zərbələrindən əvvəl nüvə zavodunda qeyri adi aktivlik və... Peyk görüntüləri

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri endirməsindən iki gün əvvəl, Fordo uranın zənginləşdirilməsi zavodunun ərazisində qeyri-adi aktivlik müşahidə olunub. Ölkə.Az xəbər verir ki, bu barədə peyk görüntülərinə əsasən "The Washington Post" məlumat yayıb.

19 iyun tarixində Fordodakı yeraltı kompleksə gedən yolda 16 yük maşını qeydə alınıb. Ertəsi gün bu maşınların böyük hissəsi obyektin ətrafından təxminən 1 kilometr məsafəyə köçürülüb.

Məsələ ilə bağlı danışan İranın dövlət radio və televiziyasının direktor müavini Abedini bildirib ki, hava zərbələrindən əvvəl zavoddan zənginləşdirilmiş uran ehtiyatları çıxarılıb və personal evakuasiya olunub. Onun sözlərinə görə, bu tədbirlər radiasiya sızması riskini tamamilə aradan qaldırıb.

Zərbədən sonrakı görüntülər

Bu barədə CNN telekanalı, Maxar texnologiya şirkətinin peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb ki, ABŞ-nin İranın Fordo nüvə obyektinə endirdiyi hava zərbələri nəticəsində ərazidə ən azı altı böyük krater (partlayış çökəyi) əmələ gəlib. 

Yayımlanan görüntülərdə bir-birinə yaxın yerləşən iki sahədə altı ayrıca zərbə nöqtəsi müşahidə olunub. Həmin kraterlər yeraltı kompleksin yerləşdiyi dağ silsiləsinin üzərində, Fordo obyektinin yuxarı hissəsindəki relyef boyunca qeydə alınıb.

Ekspertlər bu izlərin superpenetrasiyalı (çox dərinliyə nüfuz edən) bombaların istifadəsinə işarə etdiyini bildirirlər. Bu tip bombalar yeraltı obyektləri dağıtmaq üçün xüsusi olaraq hazırlanır.

Bundan əlavə, peyk fotolarında dağ yamacının rəngində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub – bu da zərbələrin nəticəsində geniş bir ərazinin kül və toz təbəqəsi ilə örtüldüyünü göstərir.

Hazırda yeraltı kompleksin özündəki real dağıntı səviyyəsi tam məlum deyil.

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri