Icma.az
close
up
RU
ABŞAzərbaycan münasibətlərinə zərbə vuran PAYLAŞIMLAR

ABŞAzərbaycan münasibətlərinə zərbə vuran PAYLAŞIMLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ-nin Azərbaycandakı səfirliyi bir müddət əvvəl Azərbaycan əleyhinə paylaşım edib. Həmin paylaşımla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə  ABŞ səfirliyinə cavab verməli olub. "ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür.ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.Görünür, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - A.Hacızadə deyib.

Modern.az-a danışan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun sədri Səməd Seyidov ABŞ-nin ölkəmizdəki səfirliyinin sosial şəbəkədəki paylaşımını çox pis qiymətləndirdiyini bildirib:

“Ümumiyyətlə belə payaşımlar, bu şəkildə müdaxilələr diplomatik etiket və qayda-qanunlara normal münasibət bəsləməməkdən irəli gəlir. Hesab edirəm ki, belə məlumatları real, düzgün olmadığı, həqiqəti əks etdirmədiyi halda sosial şəbəkələrdə paylaşmaq ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa bir şey deyil. Çox təəssüflər olsun ki, Bayden administrasiyası ABŞ-Azərbaycan münasibətlərinin  pozulması üçün əllərindən gələni edib. Yəqin ki, gedə-getdə bunlar bu istiqamətdə sonuncu addımlarını da atmaqdadırlar”.

S.Seyidov yeni administrasiyanın indiyə qədər olanlardan nəticə çıxaracağına əmin olduğunu qeyd edib:

“Ümid edirik ki, yeni administrasiya hakimiyyətə gəldikdən, yəni yanvarın axırından sonra belə hadisələrə, hərəkətlərə düzgün qiymət veriləcək. Səfirliklərə də fəaliyyətləri ilə əlaqədar düzgün istiqamət veriləcək.  Ona görə ki, səfirliklərin vəzifəsi ölkələrarası beynəlxalq münasibətləri  inkişaf etdirməkdir, daha ölkənin daxili işlərinə qarışmaq yox.  Hesab edirəm ki, bizim bu istiqamətdə apardığımız siyasət Blinken-Bayden cütlüyü ilə ABŞ-Azərbaycan münasibətlərinə ciddi problemlər yaradırdı.  Ona görə ki, bizim siyasətimiz həqiqəti əks etdirirdi. Blinken-Bayden siyasəti isə  birtərəfli, ermənipərəst, Azərbaycanın yaratdığı yeni reallığa tamam başqa gözlə baxan siyasət idi. Əminəm ki, yeni administariya bundan nəticələr çıxaracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri