Icma.az
close
up
RU
ABŞda FEDin qərarı səhmləri düşürdü: İnvestorlar məyusluq içində

ABŞda FEDin qərarı səhmləri düşürdü: İnvestorlar məyusluq içində

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ aksiyaları kəskin şəkildə ucuzlaşıb. FED-in faiz dərəcələrini 0,25 faiz bəndi azaldaraq 4,25%-4,50% diapazonuna salmasından sonra, investorları daha ehtiyatlı yumşalma proqnozları ilə məyus etməsi səbəbilə üç əsas indeks aylardan bəri ən böyük günlük itkilərini yaşayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

FED-in qısa iqtisadi proqnozlar icmalında (SEP) göstərilib ki, əmək bazarının sabitliyi və inflyasiyanın azalmasının dayanması fonunda, 2025-ci ilin sonuna qədər faiz dərəcələrinin əlavə 0,5 faiz bəndi azaldılması planlaşdırılır.  

- Dow Jones Industrial Average indeksi 1 123,03 bənd (2,58%) düşərək 42 326,87-ə,  

- S&P 500 indeksi 178,45 bənd (2,95%) azalaraq 5 872,16-ya,  

- Nasdaq Composite isə 716,37 bənd (3,56%) enərək 19 392,69-a çatıb.  

Dow indeksi ardıcıl 10-cu düşüşünü qeyd edib ki, bu, 1974-cü ilin oktyabrında baş verən 11 günlük ardıcıl enişdən bəri ən uzun zərərlər seriyasıdır.  

Dow və S&P, 5 avqustdan bəri ən böyük gündəlik faiz itkisini, Nasdaq isə 24 iyuldan bəri ən ciddi gündəlik azalma ilə üzləşib.  

Russell 2000 indeksi 4,4% enərək, 16 iyun 2022-ci ildən bəri ən böyük enişini yaşayıb. Kiçik kapitalizasiyalı şirkətlərin faiz dərəcələrinin azaldılmasından daha çox faydalanma şansı var.  

Buna baxmayaraq, il ərzində Dow təxminən 12,3%, S&P 23%, Nasdaq isə 29%-dən çox artıb. Bu artımlar əsasən texnoloji şirkətlərin göstəriciləri, süni intellekt ətrafında olan optimizm, faizlərin azalması perspektivi və yeni prezident Donald Tramp administrasiyasının derequlyasiya siyasətinə ümidlərlə əlaqədardır.  

Xatırladaq ki, FED 2020-ci ildən bəri ilk dəfə olaraq əsas faiz dərəcəsini 50 baza bəndi azaldaraq 4,75%-5,0% hədəf diapazonuna gətirib.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri