ABŞda seçkidən sonra Netanyahudan yeni qərar: onu Amerikaya göndərir
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İsrailin Baş naziri Benyamin Netanyahu təhsil nazirinin keçmiş müavini Yehiel Laiteri ölkənin ABŞ-dakı səfiri təyin edib.
Globalinfo.az xəbər verir ki, bu haqda İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Netanyahu Laiterin peşəkarlığına inamını ifadə edərək, onu istedadlı diplomat və natiq kimi xarakterizə edib. O, yeni səfirin beynəlxalq arenada İsrailin maraqlarını layiqincə təmsil edə biləcəyini vurğulayıb.
Vurğulanır ki, Laiter özü də ABŞ-dandır və Amerika administrasiyasına və ölkəsinə yaxşı bələddir.

