ABŞdə dəmiryol körpüsü qatar keçərkən uçub
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Oreqon ştatının Korvallis şəhəri yaxınlığında yük qatarı hərəkət edərkən körpü uçub.
Oxu.Az xəbər verir ki, bu barədə KPTV "Portland & Western Railroad" şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, insident nəticəsində bir vaqon çaya düşüb.
Hadisə Korvallisdəki Averi parkı yaxınlığında baş verib. Körpü üzərindən azot gübrəsi karbamidini daşıyan 19 vaqondan ibarət qatar keçərkən çöküb. Körpünün uçma səbəbləri hələlik məlum deyil.
Yerli sakinlərdən hadisə yerindən uzaq durmaq və çaya girməmək xahiş olunub.
Baxış sayı:141
Bu xəbər 05 Yanvar 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















