ABŞdə fəlakət böyüyür: Prezident səfəri təxirə salındı, məşhurlar evlərini tərk etdi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kaliforniyanın Los-Ancelesdə Hollivudun yerləşdiyi ərazidə bir neçə gündür başlanan güclü meşə yanğınları ciddi fəlakətlərə yol açıb. Artıq ABŞ prezidenti Co Bayden yanğına görə Kaliforniyanı böyük fəlakət bölgəsi elan edib.
Ölkə.Az xəbər verir ki, güclü yanğınlar davam etdiyindən "Hollivud"un bir hissəsi boşaldılaraq təxliyə edilir.
Təxliyə edilməli olan ərazilər arasında Hollivud Şöhrət Xiyabanı və martın 3-də Oskar mərasiminin keçiriləcəyi "Dolbi" Teatrı var. Yanğınlar səbəbindən "Oskar" mükafatı nominantlarının elan edilməsi iki gün gecikib.
"Reuters"in xəbərinə görə, yanğın nəticəsində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Yanğın ərazisində ABŞ-nin vitse-prezidenti Kamala Harrisin iqamətgahı da daxil olmaqla təxliyə işləri aparılır.
"The Washington Post" xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb. Yanan binalar arasında tanınmış Hollivud ulduzlarının da evləri var.
Meşə yanğınları elit Pasifik Palisades bölgəsində yaşayan Hollivud aktyorlarını evlərini tərk etməyə məcbur edib.
Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var.
ABŞ prezidenti Co Bayden Kaliforniyadakı meşə yanğınları səbəbindən yanvarın 9-12-də İtaliyaya nəzərdə tutulan səfərini təxirə salıb.
"AccuWeather"in verdiyi xəbərə görə, yanğının vurduğu ziyanın 50 milyard dolları keçəcəyini təxmin edir.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















