Icma.az
close
up
RU
ABŞdə terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb YENİLƏNİB 5

ABŞdə terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb YENİLƏNİB 5

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Nyu-Yeni Orleanda terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə CBS telekanalı şəhərin tibbi ekspertizası Duayt MakKinanın açıqlamasına istinadən məlumat yayıb.

O qeyd edib ki, yarılma proseduru bir neçə gün çəkəcək - onlar başa çatdıqdan və yaxınlarına məlumat verildikdən sonra ölənlərin kimliyi açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl hadisə zamanı 10-a yaxın ölü və 35 yaralı olduğu bildirilirdi.

***

22:19

Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən iki gün əvvəl İgl-Pass şəhəri yaxınlığından Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

FTB isə şübhəlinin 42 yaşlı ABŞ vətəndaşı Şəmsud Din Cabbar olduğu haqda məlumat yayıb.

Hüquq mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.

***

20:41

Luiziana ştatının Nyu-Orlean şəhərində yeni il gecəsi şəhərin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yaralananların sayı 35-ə yüksəlib.

APA xəbər verir ki, bu haqda Nyu-Orlean polisi məlumat yayıb.

“Hadisə nəticəsində 10 nəfər həlak olub, yaralananların sayı isə 35-dir”, - deyə məlumatda bildirilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı isə hələlik məlumat verilməyib.

Qeyd olunur ki, hadisə yerli vaxtla saat 03:17 radələrində Burbon küçəsi ilə Kanal küçəsinin kəsişməsində baş verib.

Cinayətkar polisə atəş açıb və cavab atəşi ilə öldürülüb. Hüquq-mühafizə orqanları hələ ki, hücum edənin kimliyi və hücumun motivləri barədə məlumat verməyib.

***

18:19

Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

APA xəbər verir ki, mer bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında söyləyib.

O deyib ki, Ağ ev və Luiziana qubernatoru Ceff Landri ilə əlaqədədir.

Mətbuat konfransında ondan sonra çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Qeyd edək ki, mer avtomobilin kütləni vurmasını terror aktı kimi qiymətləndirib.

***

17:23

Nyu-Orlean şəhərinin meri Latoya Kantrell bu şəhərdə avtomobilin piyadaların üzərinə sürülməsi ilə bağlı Ağ ev ilə əlaqə saxladığını bildirib.

APA xəbər verir ki, mer bunu Amerika telekanallarının yayımladığı mətbuat konfransında söyləyib.

O deyib ki, Ağ ev və Luiziana qubernatoru Ceff Landri ilə əlaqədədir.

Mətbuat konfransında ondan sonra çıxış edən FTB nümayəndəsi Aleta Dankan qeyd edib ki, xüsusi xidmət orqanı hələlik olayı terror aktı kimi təsnif etmir.

Qeyd edək ki, mer avtomobilin kütləni vurmasını terror aktı kimi qiymətləndirib.

***

17:23

Yeni Orleanda izdihamın üzərinə sürən avtomobilin sürücüsü bunu çox güman ki, qəsdən edib.

APA xəbər verir ki, bu barədə ABC News polisə istinadən xəbər verir.

Bundan başqa, ABŞ-ın Yeni Orlean şəhərinin meri avtomobilin kütləni vurmasını terror aktı adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Yanvar 2025 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri