ABŞdə Tesla Cybertruck pikapı qəza törətdi: Ölənlər var
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ-nin Kaliforniya ştatının şimal hissəsində "Tesla" şirkətinin "Cybertruck" pikapı qəza törədib.
Bu barədə Oxu.Az "İndependent"ə istinadən xəbər verir.
Məlumata görə, baş verən qəzada 3 nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.
Məlum olub ki, "Cybertruck" elektromobilinin sərnişinləri tədbirdən sonra evlərinə qayıdırmışlar.
Ştat polisinin sözlərinə görə, qəzaya sürət həddinin aşılması səbəb ola bilər. İstintaq davam edir.
Yanğınsöndürən xidmətin nümayəndələri əlavə ediblər ki, toqquşma nəticəsində baş verən yanğının təbiətinə əsasən, söhbət "Cybertruck"ın litium-ion batareyasındakı partlayışdan getmir. Onların fikrincə, hadisə adi avtomobil alışmasına bənzəyir.
Xatırladaq ki, "Cybertruck"ın satışları təxminən altı ay əvvəl başlayıb. Lakin bu müddət ərzində "Tesla" təhlükəsizlik problemlərinə görə artıq altı dəfə onu geri çağırıb. Avtomobil sonuncu dəfə 2024-cü il noyabrın 5-də elektrik invertorunda nasazlıq səbəbindən geri çağırılıb, hansı ki, bu, ötürücü təkərlərdə gücün itirilməsinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 28 Noyabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















