ABŞdəki terror aktını törədən şəxsin kimliyi AÇIQLANDI
Icma.az bildirir, Modern.az portalına istinadən.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Nyu-Orleanda izdihama çırpılan avtomobilin sürücünün öldüyünü təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
FTB hadisəni terror aktı kimi qiymətləndirib.
Sürücümün polislə atışmada öldüyü qeyd olunub.
ABŞ prezidenti Co Bayden FTB-nin terror aktını araşdıracağını təsdiqləyib. “Federal, əyalət və yerli hüquq-mühafizə orqanları yeni potensial təhlükələri araşdırmaq və aradan qaldırmaq üçün səylə çalışdıqca, mən bütün resursların əlçatan olmasını əmr etmişəm”, - o qeyd edib.
“NBC News” bildirib ki, sürücü 42 yaşlı Şamsud Din Cabbardır.
Yanvarın 1-nə keçən gecə yerli vaxtla təxminən 3:15-də avtomobil izdihama çırpılıb. 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 Yanvar 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















