Icma.az
close
up
RU
ABŞdəkı yanğın dünya iqtisadiyyatına təsir göstərəcək? Natiq Cəfərli danışdı

ABŞdəkı yanğın dünya iqtisadiyyatına təsir göstərəcək? Natiq Cəfərli danışdı

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 7-dən ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğın fırtınanın təsiri ilə sürətlə yayılaraq, yaşayış məntəqələrinə keçib. Yanğın səbəbi ilə 130 minə yaxın sakinə evlərini tərk etmək əmri verilib. Hesab edilir ki, ABŞ-da yaranan kapital itkiləri maliyyə böhranı yaradacaq, bu böhran isə özlüyündə qlobal maliyyə böhranın detonatoru rolunu oynayacaq.

Günlərdir davam edən yanğının ABŞ və dünya iqtisadiyyatına təsirləri ilə bağlı ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Teleqraf.com-un suallarına münasibət bildirib.

Onun sözlərinə görə, dəymiş zərəri ABŞ-nin büdcəsi ilə müqayisə etdikdə, iqtisadi böhrandan söhbət gedə bilməz:

“Dəymiş zərərlə bağlı məlumatlar, hesablamalar var. İlkin zərər 150 milyard dollar civarındadır. Bura sığorta şirkətlərinin ödəyəcəyi vəsait daxil deyil. Onları da daxil etsək, 200-250 milyard dollarlıq zərər olacaq. Rəqəm olaraq böyük rəqəmdir. Bir çox ölkələrin büdcəsindən, ümumidaxili məhsulundan da böyükdür. Amma ABŞ iqtisadiyyatının həcminin təqribən 36-37 trilyon dollar olduğunu nəzərə alsaq, o qədər də böyük rəqəm deyil. ABŞ-nin kifayət qədər dayanıqlı bir iqtisadiyyatı olduğu üçün bu zərərin geri dönüşünü təmin etmək mümkündür. Uzunmüddətli zərərlərdən də söhbət gedə bilər. Çünki məlum oldu ki, Kaliforniya yanğınsöndürmə infrastrukturu çox zəif, hazırlıqsız olub. Yanğın söndürənlərin sayı da azdır. Daha uzunmüddətli zərərlər də olacaq. Məhz yanğının yaratdığı yox, sonradan qurulacaq infrastruktur, işə alınacaq işçilər əlavə bir yük gətirəcək. Ancaq bu daha çox Kaliforniya ştatına təsir edəcək. Çünki hər bir ştat ayrıca kiçik dövlət kimi idarə olunur. Onların özlərinin vergi siyasəti, daxili idarəetmə sistemi olur. Müxtəlif qərarların alınmasında ştatın höküməti daha böyük səlahiyyətlərə malikdir. Bu baxımdan yanğın məhz Kaliforniya ştatına daha çox zərər vuracaq. ABŞ-dən köçənlərin sayı da artır. Tək yanğınla bağlı yox, ümumən Kaliforniya ştatındakı vergilərin yüksək olması, sosial bərabərsizliyin daha çox hiss olunması insanların oradan köçməsinə səbəb olur. Yanğından sonra köç dalğasının başlayacağını nəzərə alsaq, Kaliforniyaya Amerikanın tamamından çox zərər vurulacaq. Uzun illər bu zərər hiss olunacaq”.

İqtisadçının sözlərinə görə, ABŞ-nin sığorta şirkətləri kifayət qədər böyükdür, dəymiş zərəri ödəmək qabiliyyətindədirlər: “Amerikanın sığort şirkətlərinin ümumi yığılmış ehtiyatları 1 trilyon dollardan çoxdur. Ona görə də düşünmürəm ki, ciddi problem yaşansın. Sadəcə, Amerika spesifik ölkədir. Orada sığorta şirkətlərinin məhkəmələr yolu ilə ödənişləri uzatmaq imkanı olur. Vətəndaş hətta sığorta ödənişlərini gecikdiribsə, bir neçə ay məhkəmə qərarı ilə sığortanı ödəməkdən imtina edə bilər. Amerikanın qaydaları daha fərqlidir. Ona görə də sığorta şirkətləri çalışacaqlar ki, məhkəmələr yolu ilə ödənişləri uzatsınlar. Ancaq kimin sənədləri doğrudursa, sığorta ödənişlərini edibsə, şirkətlər özləri maraqlıdır olacaqlar ki, tez ödəsinlər. Çünki gecikmələr olarasa, vətəndaş onları məhkəməyə verir. Məhkəmə qərarı ilə daha yüksək məbləğdə ödənişlər etməyə məcbur olurlar. Düşünmürəm ki, burada hansısa bir problem yaşansın. ABŞ iqtisadiyyatının həcmi trilyon dollarla ölçülür. 250-300 milyardlıq zərər olsa da, bu ümumilikdə ABŞ iqtisadiyyatının heç bir faizi də etmir. ABŞ iqtisadiyyatında böhran yaradacağını düşünmürəm. Ancaq ştat səviyyəsində, Kaliforniyada hansısa böhranlara səbəb ola bilər”.

Natiq Cəfərli hesab edir ki, ABŞ-nin maliyyə və sığorta şirkətləri xaricdəki aktivlərini geri çəkməyə başlayacaqlar: “Bu proses gedir. Trampın qələbəsindən sonra onun əsas iqtisadi proqramında yer alan məsələlərdən biri yatırımların, ABŞ-nin digər ölkələrdə olan zavod və fabriklərini ölkəyə daşımaqdır. Belə bir proses olacaq, bunu gözləmək lazımdır. İnkişaf etməkdə olan ölkələrin də əsas hədəfi ondan ibarət olmalıdır ki, öz ölkələrində Amerikadan daha yaxşı şərtlərlə investorların qalmasına şərait yaratsınlar. Elə yaxşı təklif etməlidirlər ki, investorlar həmin ölkədən öz vəsaitlərini çıxarıb gələcək investisiyalarını ABŞ-a yox elə inkişaf etməkdə olan ölkələrə yatırsınlar. Bu baxımdan investisiyalar uğrunda rəqabət qızışacaq”.

Sədr “Azərbaycanın bu prosesdən zərər çəkməsi ehtimalı varmı?” sualını da cavablandırıb: “Azərbaycanın zərər çəkmə ehtimalı sıfıra yaxındır. Çünki bizdə xarici investisiyalar əsasən neft- qaz, enerji sektorunadır. Enerji sektorunun gəlirlilik səviyyəsi yüksək olduğu üçün bizdə əksinə, xarici investorlar maraqlıdırlar ki, yatırım qoysunlar. Bu günə qədər maraqlı olublar, bundan sonra da maraqları artacaq. Azərbaycanın kiçik həcmli yataqlarına da yatırım qoymağa çalışacaqlar. Azərbaycanın buradan ziyan görəcəyini düşünmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri