ABŞdən Türkiyəyə çağırış: Vaşinqton Süriyadakı mövqelərini gücləndirməyə çalışır
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib ki, Ankara Suriyadakı vəziyyətin nizamlanması üçün öz təsir gücündən istifadə etməlidir.
O, ötən gün ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında bu mövzuda aparılan telefon danışığını xatırladıb.
Metyu Miller bildirib ki, biz bütün ölkələrin öz təsir imkanlarından istifadə etmələrini, eskalasiyanın sona çatmasını, mülki əhalinin müdafiəsini və nəticədə siyasi prosesin irəli getməsini təmin etmək istəyirik.
Politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, Suriya ətrafında baş verən proseslərdəki eskalasiyanın arxasında birmənalı şəkildə ABŞ-ın regiona baxışı, onun yürütdüyü siyasət, Rusiya və İranın Suriya üzərindəki maraqları dayanır:
"Türkiyədə 2016-ci ildə aparılan danışıqlar prosesini və o dövr üçün gedən danışıqların əsas ana xəttini Suriyanın ərazi bütövlüyü təşkil edirdi. Hətta Türkiyə o dövr üçün Əsədin getməsi məsələsini arxa plana keçirib, bölgədə yeni konstitusiya ilə normal şəkilə keçilməsini demişdi. Buna baxmayaraq, ABŞ bölgədə öz maraqları naminə PKK/PYD/YPG qüvvələrini açıq şəkildə dəstəklədi, silahlandırdı və Türkiyəyə yönəltdi. Türkiyə bilir ki, bu düşən fürsəti əldən qaçırmaq mümkün deyil. ABŞ-ın məqsədi burda PKK və onun qolları olan PYD və YPG-ni daha da silahlandırmaqla Türkiyəyə qarşı bir vasitə kimi istifadə etməkdir. ABŞ-ın səmimi qəlbdən bu bölgəyə sülh gətirmək planları sadəcə gülünc ifadə kimi səsləndirilə bilər. Çünki Amerika bu günə qədər regionla bağlı sülh istəməyib. Verilən açıqlamaların məqsədi sırf ABŞ-ın sözügedən terror dəstələrini qruplaşdırması, onların silahlanması və Suriyada tutduqları mövqeləri daha da möhkəmləndirməsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















