Icma.az
close
up
RU
Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqların sayının 39 a çatdırılması planlaşdırılır

Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqların sayının 39 a çatdırılması planlaşdırılır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 29 yanvar, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirir.

ADY-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.

“2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Bakı–Xırdalan–Sumqayıt xəttinin təkmilləşdirilməsi məqsədilə Dərnəgül dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən 60 faizi yekunlaşıb. Həmçinin Keşlə stansiyasına dayanacaq verilməsi, eləcə də Binəqədi dayanacağının yaradılması nəzərdə tutulur.

Bundan başqa, Bakı–Pirşağı–Sumqayıt xəttinin təkmilləşdirilməsi, bu istiqamətdə dəmiryol xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının yaradılması və Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır”, - deyə ADY-dən bildirilib.

Qeyd edilib ki, Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7 dayanacaq və stansiyasının inşası və ya bərpası, Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiya və dayanacağın inşası və ya bərpası planlaşdırılır: “Hazırda istifadədə olan xətlər boyunca yaradılması nəzərdə tutulan dayanacaqların ilkin olaraq yerləri müəyyən olunub. Dayanacaqların yerləri müəyyənləşdirilərkən həmin ərazidə əhalinin yerləşməsi, relyef, stansiyalararası məsafə və digər amillər nəzərə alınır. Abşeron dairəvi marşrutu üzrə 14 stansiya və dayanacaq sərnişinlərimizin ixtiyarındadır. Bu marşrut üzrə istifadədə olan xətlərdə Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Dərnəgül, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması hesabına bu say 21-ə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 39-a çatdırılması planlaşdırılır”, - deyə vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri