Abşeron ətrafında dəmir yolu nəqliyyatının imkanları genişləndiriləcək
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron dairəvi marşrutu üzrə üç dəmiryol xəttində 18 dayanacaq və stansiya tikiləcək və ya bərpa olunacaq.
Newscenter.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Abşeron dairəvi marşrutu çərçivəsində vaxtilə mövcud olmuş və hazırda əsasən yük qatarlarının istifadə etdiyi Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan dəmiryol xətlərində aralıq dayanacaqların yaradılması nəzərdə tutulur.
O bildirib ki, həmin istiqamətlər üzrə optimallaşdırma işləri artıq aparılıb və mövcud infrastrukturun yenilənməsi, həmçinin yeni stansiya və dayanacaqların inşası planlaşdırılır:"Belə ki, Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla ümumilikdə 7 dayanacaq və stansiyanın tikintisi və ya bərpası həyata keçiriləcək. Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7 dayanacaq və stansiyanın inşası və ya yenidən qurulması nəzərdə tutulur. Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiya tikiləcək və ya bərpa ediləcək".
ADY-nin sədr müavini bildirib ki, bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək: "Məqsəd bu xətləri sərnişindaşıma üçün əlçatan etmək və Abşeron ətrafında dəmir yolu nəqliyyatının imkanlarını genişləndirməkdir".(report)
Bu mövzuda digər xəbərlər:Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır
12 Sentyabr 2025 17:33
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət CƏDVƏLİ
13 Sentyabr 2025 17:31
Abşeron dairəvi dəmir yolunda xidmət yüksəldilir
18 Mart 2025 10:30
Abşeron dairəvi dəmir yolu marşrutu genişlənir Yeni dayanacaqlar istifadəyə veriləcək
30 İyul 2025 01:48
Abşeron dairəvi dəmir yolu xətti üzrə rekord sayda sərnişin daşınıb
22 Sentyabr 2025 18:08
Baxış sayı:59
Bu xəbər 28 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















