Icma.az
close
up
RU
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: Zəng edib dedi ki, 30 min manat istə

Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: Zəng edib dedi ki, 30 min manat istə

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan, rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az M.Mirişli barəsində olan ittiham aktını təqdim edir:

Məhkəmə prosesində ifadə verən M.Mirişli özünü ittihamlarda təqsirli bilməyib. O qeyd edib ki, 2014-cü ildən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib və işlədiyi dövrdə heç vaxt rüşvət almayıb. Tutduğu vəzifə ilə əlaqədar ərazi icra nümayəndəlikləri ilə qarşılıqlı şəkildə işləyib:

"Vətəndaşların ərazi icra nümayəndəliklərinə olan hər hansı müraciəti icra hakimiyyətinə yönləndirirdilər. İcra nümayəndəsi bir vətəndaşı mənə yönləndirmişdi. Həmin şəxs mənə zəng edərək, özünəməxsus torpaq sahəsində konstruksiya yerləşdirmək istədiyini bildirdi. Azər Gülməmmədovla danışdım, Azər dedi ki, 30 min manat istə. Həmin şəxsə dedim ki, sənədləri götür, gəl yanıma. Yanına gəldi, sənədləri təqdim etdi. Baxdım ki, onun torpaq sahəsinə dair çıxarışı və tikilinin eskiz layihəsi var. Bütün sənədlər olduğuna görə konstruksiya quraşdırmasında heç bir problem olmayacaqdı. Ondan 30 000 manat istədim. O, 25 min manat düzəldə biləcəyini dedi və razılaşdıq. Azər dedi ki, Abdin Fərzəliyevdən şifahi razılıq alacağam.

Pulu dostumdan xahiş etdim, o götürdü. Həmin şəxsə demişdim ki, guya pulu almağa göndərdiyim şəxs icra başçısı Abdin Fərzəliyevin qohumudur. Əslində isə həmin şəxs mənim dostum idi, icra başçısı ilə heç bir qohumluğu yox idi".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pullar Abdin Fərzəliyevə çatırdı: "Abdin Fərzəliyev atamı qəbul edib və bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, buna görə ona köməklik göstərəcəyəm.

Pulun alınmasında mən yalnız vasitəçilik etmişəm. Alınan pul Azərə çatası idi. Torpağın təyinatı, rəsmi icazəsi icra hakimiyyətində olmadığı üçün Azər pulu alıb, Abşeronun icra başçısı Abdin Fərzəliyevə verəcəkdi.

Mənim telefonunda sübutlar var. Mənə heç kəs heç nəyi həvalə etməmişdi. İcra hakimiyyəti ilə əlaqəli işləmişəm. Pulu Azərə çatdırması üçün Bəhruza vermişəm. Torpaq sahəsində tikintiyə göz yumulması üçün 25 000 manat verilib. O puldan mənə bir manat da qalmayıb.

1 ildir ki, ailəmə baxan yoxdur. Atam ürək xəstəsidir, icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə verdiyi vədə əməl etmədi".

Şahid ifadələrindən sonra məhkəmə istintaqı başa çatıb və prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Mirişli 1 il 6 ay dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə beş il azadlıqdan məhrum olunub.

İttihama görə, Abşeron Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri