Icma.az
close
up
RU
Abşeron Milli Parkında Yaşıl Harmoniya: təbiət və gender mövzusunda tədbir keçirilib

Abşeron Milli Parkında Yaşıl Harmoniya: təbiət və gender mövzusunda tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təbiət və cəmiyyət arasında harmoniyanı gender bərabərliyi prizmasından dəyərləndirmək, sosial ədalət və ekoloji məsuliyyət anlayışları üzrə ictimai maarifləndirməni artırmaq, təbiətin mühafizəsi və gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş cəmiyyət modelinin formalaşmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə millət vəkilləri, sözügedən qurumların əməkdaşları, sahibkarlar, məktəblilər, könüllülər, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək təbiət və gender mövzusunun aktuallığını və əhəmiyyətini, həmçinin bu iki sahənin bir-birini tamamlayan amillər olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klasslar təşkil olunub. Eyni zamanda, açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri