Icma.az
close
up
RU
Abşeron un baş məşqçisi: Bu, NTD də özgüvəni artırdı, bizdə isə əksinə oldu

Abşeron un baş məşqçisi: Bu, NTD də özgüvəni artırdı, bizdə isə əksinə oldu

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Əsas oyunçumuz Ceylon Şou sıralarımıza geri döndüyündən cəmi 1 məşqdə özünü sınamaq şansı olmuşdu". Sport24.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker deyib.

O, Azərbaycan Basketbol Liqasında NTD-yə məğlubiyyəti dəyərləndirib. Toker bildirib ki, bəzi oyunçuları istənilən oyunu göstərməyiblər: "Şou toparlanıb oynamağa çalışdı. Gənc oyunçularımız Məhəmməd Hüseynli ilə İsmayıl Abdullayev isə ilk yarını pis təsir bağışladılar. Rəqib onları təzyiq altında saxladı və uğursuz atışlardan sonra xal fərqi yaranmağa başladı. Bu, NTD-də özgüvəni artırdı, bizdə isə əksinə oldu. Mental olaraq çöküş yaşadıq. Sona doğru rəqibin etdiklərinə reaksiya verməyə başladıq. Məhəmməd Hüseynli yaxşı oynamağa başladı. Həm müdafiədə, həm də hücumda bizə fayda verirdi. Buna baxmayaraq fərqi qapada bilmədik və məğlub olduq".

Baş məşqçinin sözlərinə görə, məğlubiyyətin digər bir səbəbi yeni ilin ilk ayında ardıcıl oyunların keçirilməsidir: "İstədiyimiz kimi məşq etməyə zamanımız yetmir. Yəni nələrisə dəyişdirəcək, inkişaf etdirəcək vaxtımız çox olmur. Heç nə edə bilmərik. Mövsümün bu hissəsi çətin oldu bizim üçün. Bir də bir məsələ haqqında fikir bildirmək istəyirəm. Komandamız gənclərin olduğu, aşağı büdcəli komandadır. Bizə sanki yuxarıdan aşağı baxırlar. Mən elə düşünürəm".

Erhan Toker hakim qərarlarına da münasibət bildirib: "Hakimlər tərəfindən də verilən qərarlarda bunu hiss edirəm. Yanılada bilərəm. Bu oyunda biz pis oyun sərgiləyə bilərik, amma matçın çox da yaxşı idarə edildiyini deyə bilmərəm. Sanki bizim əleyhimizə çox qərar verildi. Bunu kimsə bilə-bilə edir demirəm. Sadəcə bariz şəkildə bizim lehimizə olan foullarda istədiyimiz qərar verilmirdi. Bu bəlkə də, bizim oyunçularımızın bədən dilindən qaynaqlanır. Hakimləri bu da çaşdıra bilər. Bütün bunları kənara qoysaq deyə bilərəm ki, komandamız toparlanacaq və yenidən qələbələr qazanacaq. Bu matça görə rəqib NTD komandasını təbrik edirəm".

Qeyd edək ki, "Abşeron" NTD-yə 77:87 hesabı ilə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Yanvar 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see133

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri