Icma.az
close
up
RU
Abşeronda 23 motosikletçi saxlanıldı VİDEO

Abşeronda 23 motosikletçi saxlanıldı VİDEO

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.

Lent.az xəbər verir ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib. 

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən qaçmağa cəhd göstərən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıblar. Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb.

Abşeron rayonu ərazisində hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri