Abşeronda 33 yaşlı kişi öldürüldü 18 yaşlı oğlan saxlanıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Abşeron rayonunda 33 yaşlı kişinin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bıçaqlanma hadisəsi Yeni Bakı Yaşayış Massivində qeydə alınıb.
İlkin məlumata görə, 33 yaşlı kişi ilə digər şəxs arasında yaranan mübahisə zamanı ona bıçaqla xəsarət yetirilib.
Kürəyindən ağır xəsarət alan şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Avqust 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















