Icma.az
close
up
RU
Abşeronda 9 nəfərdə 14 kq narkotik aşkarlanıb

Abşeronda 9 nəfərdə 14 kq narkotik aşkarlanıb

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan və narkokuryerliyə cəlb edilən şəxslərə qarşı silsilə tədbirlər həyata keçirilib.

DİN-dən APA-ya verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum olunmuş Faiq Xudiyev Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərindən və avtomobilindən 4 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin, eləcə də narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilən yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb. İdarə əməkdaşları tərəfindən son 15 gün ərzində həyata keçirilən digər tədbirlərlə narkotiklərin satışını təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuşlar Rəhman Məmmədov, Sənan Rüstəmov, Aqşin Qubanov, Natiq Ağamirzəyev, Telman Cəfərov, Nicat Həkimov, Fərid Süleymanov və Rövşən Süleymanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, eləcə də 150 ədəd metadon və preqabalin həbləri, həmçinin elektron tərəzilər aşkar edilib. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri