Abşeronda avtomobillər yoxlanıldı; qayda pozanlara protokol TƏRTİB EDİLDİ VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron RPİ-nin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Tədbir zamanı Abşeron DYP Şöbəsinin baş inspekoru, polis kapitanı Pərviz Allahverdiyev tədbirin keçirilməsindəki məqsəd və sürücülərin əməl etməli olduğu qaydalarla əlaqədar onlara məlumat verib. O, gələcəimizi və ölkəmizin ekologiyasını qorumaq üçün bu cür məsələlərə sürücülərin daha da məsuliyyətli yanaşma sərgiləyəcəklərinə ümid etdiyini bildirib.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edirik.
Səfər
Baxış sayı:83
Bu xəbər 06 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















