Abşeronda bank kartlarından oğurluq edənlər saxlanılıblar
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu götürən, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Baxış sayı:67
Bu xəbər 24 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















