Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Abşeronda kişi arvadına xəsarət yetirdi

Abşeronda kişi arvadına xəsarət yetirdi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 sentyabr 2024-cü ildə baş verib. Əfsər həmin gün saat 22:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evin maddi tələblərini qarşılamadığına görə ona şifahi irad bildirən arvadı Ləmana əsəbiləşib. 
O, həmin səbəbdən Ləman ilə ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında onun üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə baş, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2008-ci ildə rəsmi olaraq qurduqları nikahdan iki övladı var: “Biz birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində yaşayırıq. İlk öncələr Ləman ilə münasibətlərimiz normal olsa da, sonradan mənim başqa qadınlarla münasibətdə olmama görə aramızda tez-tez mübahisələr baş verdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 20-də, saat 22:30-da yaşadığı evdə olan zaman Ləman ondan evin kommunal xərclərini ödəmək üçün pul istəyib: “Həmin vaxt üzərimdə pulumun olmadığını dedikdə Ləman israrla mənim hər gün pul qazandığımı, lakin evə gətirmədiymi iradla söylədiyi üçün aramızda mübahisə baş verdi. Ləmanı sakitləşdirmək istəsəm də, buna nail ola bilmədiyimdən yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarından bir neçə zərbə vuraraq ona xəsarətlər yetirdim. Daha sonra isə evdən getdim. Ləman bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra isə Saray polis bölməsinə gedərək şikayət ərizəsi yazdı”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, evliliklərinin ilk illərində Əfsərlə münasibətləri normal olsa da, son zamanlar onun başqa qadınlarla münasibətdə olmaqla ona xəyanət etməsinə görə aralarında mübahisələr baş verib: “Sentyabrın 20-də, təxminən saat 22:30-da yaşadığımız evdə olan zaman Əfsərdən evin kommunal xərclərini ödəmək üçün pul istədim. Lakin Əfsər pulunun olmadığını dedikdə onun bu sözünə əsəbiləşdim. Ona çox işləməsinə baxmayaraq evə pul gətirmədiyi üçün iradımı bildirdim. Əfsər dediyim sözlərdən əsəbiləşərək, ünvanıma nalayiq ifadələr işlədərək, yumruqla sifət, baş və bədənimin müxtəlif nahiyələrindən, təpiklə isə ayaqlarıma vuraraq mənə xəsarət yetirərək, evdən getdi. Mən özümə gəldikdən sonra baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verdim. Daha sonra isə Saray polis bölməsinə gedərək, şikayət ərizəsi yazdım”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsərin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri