Abşeronda xeyli silah sursat aşkarlanıb VİDEO
Icma.az, Apa.az saytına istinadən bildirir.
Abşeronda silah-sursat aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu müəyyən edilib.
Aşkar edilmiş silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 İyul 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















