ABŞın Rusiyaya dərindən zərbə endirmək qərarı münaqişəyə ciddi təsir etməyəcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
ABŞ prezidenti Co Baydenin Amerikanın ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək qərarı Ukraynadakı münaqişənin gedişatına ciddi təsir etməyəcək.
Bu barədə ABŞ və Qərb ölkələrinin rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Onların fikrincə, Rusiyanın hərbi texnikasının böyük hissəsini köçürə biləcəyini nəzərə alsaq, belə bir qərarın “münaqişənin gedişatını əhəmiyyətli dərəcədə dəyişməsi mümkün deyil”.
Nəşrin qeyd etdiyi kimi, ABŞ prezidenti Co Bayden administrasiyası yeni seçilmiş prezidentin Ukraynaya silah tədarükünü azaldacağından ehtiyat etdiyi üçün Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Kiyevə maksimum yardım göstərməyə çalışır.
Cavid




ABŞın Rusiyaya zərbə qərarına Slutskidən reaksiya
18 Noyabr 2024 00:38
Ukrayna ABŞın Rusiyaya zərbə endirmək icazəsi barədə üç gün əvvəl xəbər tutub
18 Noyabr 2024 12:27
Bayden ABŞın uzaqmənzilli silahlarının Rusiyaya zərbə endirməsinə icazə verdi
17 Noyabr 2024 22:44
Bayden ABŞın uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib?
17 Noyabr 2024 22:52
Berbok ABŞın Rusiya ərazisinə zərbə endirmək barədə qərarını dəstəklədi
18 Noyabr 2024 14:38

