ABŞın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Ağ Evin “Azərbaycan Hava Yollarına” məxsus “Embraer 190” təyyarəsinin Bakıdan Qroznıya uçarkən Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasına dair “ilkin əlamətlər” olması barədə bəyanatına Kremldən reaksiya gəlib.
Publika.az xəbər verir ki, bununla bağlı sualı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov cavablandırıb.
“Biz bu açıqlamaları gördük” deyən Peskov, Kreml araşdırmanın nəticələrini gözlədiyi üçün prezident administrasiyasının vəziyyətlə bağlı şərh verməyəcəyini bildirib.
Bundan əlavə, o xatırladıb ki, bir gün əvvəl Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bəyanat verərək, Rusiyanın həm Qazaxıstana, həm də Azərbaycana qəzanın səbəbləri və şəraitinin araşdırılmasında hərtərəfli dəstək göstərəcəyini bildirib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















