Icma.az
close
up
RU
ABŞın Ukraynaya 72ci hərbi yardım paketi

ABŞın Ukraynaya 72ci hərbi yardım paketi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Zelenski isə ölkəsinin mövcud sərhədlər daxilində NATO-ya üzv olmasını istəyir

Rusiya-Ukrayna müharibəsində son vəziyyət rəsmi Kiyev üçün müsbət məcrada inkişaf etmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya ordusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Digər tərəfdən, ABŞ-da Donald Trampın prezident seçilməsi Ukraynanı çətin durumla üz-üzə qoyub. Çünki Baydan administrasiyası Kiyevə davamlı hərbi yardım göstərsə də, Tramp səlahiyyətlərinin icrasına başlamasından sonra bu müharibənin dayandıracağını vəd edib. Trampın sülh planında  Ukraynanın  ərazi bütövlüyünün şərt olub-olmaması açıqlanmır.

ABŞ-dan 500 milyon dollarlıq hərbi yardım

Belə bir şəraitdə Bayden administrasiyası ABŞ-ın  Ukraynaya hərbi yardımlarını davam etdirir. İki gün əvvəl Birləşmiş Ştatlar Kiyevə 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb. ABŞ Müdafiə Departamentinin məlumatına görə, yeni paketə Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələri, artilleriya və raket sistemləri üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir. Bu, Bayden ?dministrasiyası tərəfindən 2021-ci ilin avqust ayından etibarən Ukrayna üçün tədarük edilən 72-ci avadanlıq tranşıdır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də jurnalistlər üçün brifinqdə təsdiqləyib ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil olacaq. C.Kirbi əlavə edib ki, Bayden administrasiyası 2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi yardım göstərməyə davam edəcək.

Kiyevin müqavimət gücü hansı halda qırılacaq?

Bəs gələn il yanvarın 20-dən sonra Ukraynanın vəziyyəti necə olacaq? Bütün müttəfiqlər anlayır ki, ABŞ-ın hərbi dəstəyi olmadan Kiyevin müharibədə müqavimət gücü qırılacaq. Çünki Avropa İttifaqı bu ölkəyə yetərincə dəstək vermək imkanında deyil. Ukrayna Prezidenti Volodimir Zelenski vəziyyətdən çıxış yolu kimi ölkəsinin NATO-ya üzv qəbul edilməsinə çalışır. Təsadüfi deyil ki, o,   Parisdə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşü zamanı Ukraynanın təhlükəsizliyinə təminat verilməsində təkid edib. Zelenski Ukrayna-Rusiya müharibəsinin dondurulması ehtimalının artdığını və bununla bağlı təhlükəsizlik təminatlarında israrlı olduğunu bildirib.

O, həmçinin Kiyevin yalnız güc mövqeyindən atəşkəs danışıqlarına başlaya biləcəyini vurğulayıb. V. Zelenski Ağ Evin gələcək rəhbəri ilə görüşündə Qərb qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu ilə bağlı təklif də irəli sürüb. Ukraynanın dövlət başçısı, eyni zamanda, NATO-ya üzvlük üçün dəvət almağa çalışdığını deyib. O, CBN telekanalına müsahibəsində söyləyib ki, Ukrayna NATO-ya dəvətin və təhlükəsizlik zəmanətinin yalnız Kiyevin nəzarəti altında olan ərazilərə şamil olunması ilə razılaşa bilər, lakin rəsmi olaraq ölkə 1991-ci il sərhədləri daxilində alyansa dəvət edilməlidir. “Əgər müharibəyə son qoymaq istəyiriksə, bütün Ukrayna ərazisi üçün dəvət lazımdır. Bu, konstitusiyamızda təsbit olunduğu üçün müzakirə edilmir. Lakin alyansın fəaliyyəti və görülən tədbirlər, həmçinin təhlükəsizlik zəmanətinin sonradan bütün ölkəyə şamil olunması şərti ilə hazırda Kiyevin nəzarətində olan və ya sonradan nəzarət edəcəyi ərazilərə aid olunacağı haqqında danışıq apara bilərik”, - deyə Zelenski bildirib.

Rusiya şərtlərini sərtləşdirir

Lakin Trampın Ukrayna Prezidentinin bu təkliflərini qəbul edəcəyi inandırıcı deyil. Çünki onun məqsədi müharibəni qısa zamanda, hətta 24 saat ərzində dayandırmaqdır. Buna görə də, Tramp yalnız öz mövqeyində qalaraq, vəziyyəti daha da gərginləşdirəcək addımların atılmasında maraqlı görünmür. ABŞ-ın yeni prezidentinin fikrincə, Ukrayna münaqişəsi zamanı dünya daha təhlükəli olub və  buna görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb.

Rusiya da Zelenskinin təklifləri fonunda sülh razılaşmasını qəbul etməyəcək. Xatırladaq ki, rəsmi Moskva regionda vəziyyətin nizamlanması üçün Kiyevin NATO-ya üzvlük niyyətindən əl çəkməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir. Ukrayna ordusunun Kursk vilayətinə hücumundan sonra isə Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar aparmağın mümkünsüz olduğunu bəyan edib.

Yeri gəlmişkən, Donald Tramp Parisdə Zelenski ilə görüşdən sonra Ukrayna və Rusiyanı atəşkəsə və bunun üçün şərtləri açıqlamağa çağırıb. O, sosial mediadakı paylaşımında yazmışdı ki, Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir. Görünür, Zelenski Trampla razılaşmaq məcburiyyətindədir. Çünki indiyədək Kiyev məhz ABŞ-ın hərbi dəstəyi ilə cəbhədə Rusiyaya qarşı müqavimətini davam etdirə bilir. Verilən proqnozlar isə 2025-ci ilin Ukrayna üçün əlverişli olmayacağını deməyə əsas verir.

N. BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri