Icma.az
close
up
RU
ABŞla saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır Bozoyan

ABŞla saziş: İrəvan cəsarətləndi, Rusiya şokdadır Bozoyan

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və Ermənistan arasında ötən gün Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq haqqında xartiyadan sonra rəsmi İrəvanın xüsusilə Rusiyaya qarşı daha cəsarətli davrandığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Buna misal olaraq “Rossiya” telekanalında yayımlanan “Vesti nedeli” proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında guya Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı Rusiya səfiri Kopırkinin XİN-ə dəvət olunması və Rusiyaya nota verilməsi göstərilib. Eyni zamanda Ermənistan-ABŞ tərəfdaşlıq xartiyasına Rusiya səfirliyinin mövqeyi də diqqət çəkib. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyi bəyanatında bu məsələyə neytral qaldıqlarını bildirib.

Yeri gəlmişkən, rusiyalı politoloqlardan fərqli olaraq, Kreml sözçüsü Dmitri Peskov da Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalamasını “İrəvanın suveren hüququ” olaraq dəyərləndirib.

Erməni politoloq Yervand Bozoyanın fikrincə, bütün bu proseslər Ermənistanı Türkiyənin təsir dairəsinə yaxınlaşdırır. Onun iddiasına görə, Ermənistanda qərbyönlü olmaq türkiyəyönlü olmaq deməkdir.

Ermənistanın Avropa və ABŞ-la sərhədinin olmaması, ABŞ-ın regional siyasətini NATO müttəfiqi Türkiyə vasitəsilə həyata keçirməsi, o cümlədən Ermənistanın “Avropa qapısının” Türkiyə olması Bozoyanı bu fikrə gətirib.

O ki qaldı Rusiyanın susmasına, Bozoyan iddia edib ki, Kreml baş verənlərdən və erməni xalqının reaksiyasından “şokdadır”. Çünki “əslində Paşinyan bütöv bir xalqı Türkiyənin təsiri altına salmağa çalışır, amma Ermənistanda heç bir ciddi siyasətçi baş verənlərə reaksiya vermir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri