“ABŞnin demokratiyası budurmu?”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“ABŞ demokratiyanı və insan hüquqlarının pozulmasını bəhanə edərək ölkələrə təzyiq göstərməyə çalışdığı halda öz ölkəsində rəhbərlikdə olan şəxslərin öz vəzifəsindən istifadə edərək qanuna zidd hərəkətlərin edilməsi adi hal alıb. Məsələn, erməni lobbisindən sifarişlər alan ABŞ senatorları aldığı maliyyələr hesabına ölkəmizə qarşı qarayaxmalar yağdırdığını müşahidə etmişik”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat vurğulayıb ki, o cümlədən ABŞ senatorlarının korrupsiya əməllərinə görə ittiham kürsüsünə çıxarıldığının da dəfələrlə şahidi olmuşuq: “İndi isə Co Bayden prezidentlik səlahiyyətinin bitməsi ərəfəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu əfv edir. ABŞ-nin demokratiyası budurmu? Yəni dövlət rəhbərləri öz doğmasını asanlıqla məhkumluqdan qurtara bilir. Təbii ki, bu, ABŞ-də Co Bayden administrasiyasının əsl iç üzüdür. C.Baydenin öz oğlunu əfv etməsi ABŞ-də qanunun aliliyinin olmadığını sübut etdi”.
Röya İsrafilova
Baxış sayı:80
Bu xəbər 04 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















