ABŞnin Kiyevdəki səfirliyi sabah fəaliyyətini bərpa edəcək Yenilənib
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mümkün təhlükəsizlik təhdidlərinə görə bağlanan ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 21-də normal fəaliyyətini bərpa edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Biz gördük ki, bu gün səhər səfirlik Kiyevə mümkün ciddi hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Biz bunu çox ciddi qəbul edirik. Bu da səfirliyin iş saatlarının müvəqqəti dəyişməsinə səbəb olub. Biz gözləyirik Səfirlik sabah normal fəaliyyətə qayıdacaq, mən təhlükənin təfərrüatlarına girə bilmərəm, lakin biz bunu hər zaman yaxından izləyirik”, - diplomat bildirib.
***12:44
ABŞ-nin Kiyevdəki səfirliyi potensial hava hücumu təhlükəsi ilə əlaqədar bağlanacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat səfirliyin saytında yerləşdirilən bəyanatda öz əksini tapıb.
“Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və səfirliyin əməkdaşlarına sığınmağa hazır olmaq tapşırılacaq”, - bəyanatda qeyd edilib.
Diplomatik missiya həmçinin, bəyanatda ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:ABŞnin Kiyevdəki səfirliyi fəaliyyətini dayandırır
20 Noyabr 2024 11:02
ABŞnin Kiyevdəki səfirliyi fəaliyyətini bu vaxt bərpa edəcək
20 Noyabr 2024 23:12
ABŞnin Kiyevdəki səfirliyi bağlandı
20 Noyabr 2024 10:58
ABŞnin Kiyevdəki səfirliyi bağlanır
20 Noyabr 2024 12:46
ABŞnin Kiyevdəki səfirliyi işini bərpa edib
21 Noyabr 2024 10:42
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















