Icma.az
close
up
RU
Absurd: İranı vuran qırıcıların Azərbaycandan “keçməsi” iddiası… VİDEO KONKRET

Absurd: İranı vuran qırıcıların Azərbaycandan “keçməsi” iddiası… VİDEO KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ermənilər, digər tərəfdən Türkiyədəki bəzi iranmeyilli şəxslər, yaxud media resursları, o biri tərəfdən də Rusiya sosial media istifadəçiləri və 2-ci Qarabağ müharibəsində ermənilərin xeyrinə fəaliyyət göstərən teleqram kanalları dövrüyyəyə Azərbaycanın öz ərazisindən İrana hava zərbələri endirmək üçün İsrail qırıcılarına şərait yaratması ilə bağlı dezinformasiya yayıb.

KONKRET.az bildirir ki, AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının aparıcısı Rövşən Məmmədov bu məsələni belə şərh edib:

“Əvvəla, Azərbaycan nəinki bu gün, tarixin heç bir dönəmində və nəinki, İsrailə, bir zamanlar hətta Amerika Birləşmiş Ştatlarına belə ərazisindən istifadə etməklə İrana hücum etməyə imkan verməmişdi və bu məsələdə Prezident İlham Əliyev bir dəfə prinsipial mövqe ortaya qoyaraq bildirmişdi ki, Azərbaycan dövlətindən 3-cü ölkəyə hücum etmək imkanı heç zaman verilməyəcək. Niyə?

Çünki:

1. Qonşuluq prinsipi var və Azərbaycan bu prinsipə heç zaman xəyanət etməyib – nə tarixən, nə bu gün.

2. Bu addım müharibəni regiona daşımaq olardı. Azərbaycan üçün isə regional təhlükəsizlik əsas şərtdir.

3. İranda bizim 40 milyondan çox soydaşımız yaşayır. Onların təhlükəsizliyi bizim üçün nəyinki vacibdir, həyati əhəmiyyət kəsb edir və heç də təsadüfi deyil ki, Azərbaycan tərəfi bu günlər ərzində bir neçə dəfə müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdi. Həmin mesajda İsrail tərəfi İranda azərbaycanlıların olduğu yaşayış məntəqələrini hədəfə almamağa, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməyə çağırılır. Yəni bütün bunlardan sonra kiminsə Azərbaycanı öz ərazisini İsrailə açmaqda ittiham etmək gülüncdür və ucuz dezinformasiyadan başqa bir şey deyil. O ki qaldı regionda oturub Avropaya, yaxud okeanın o tayına informasiya ötürən siçovullara, onu bizdə yox, Ermənistanda axtarın…”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri