Icma.az
close
up
RU
Absurd və ucuz səbəblərdən boşanmaların qarşısını almaq üçün Ailə Məcəlləsinə düzəlişlər edilməlidir

Absurd və ucuz səbəblərdən boşanmaların qarşısını almaq üçün Ailə Məcəlləsinə düzəlişlər edilməlidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Deyirlər ki, "evləndiyin şəxslə, boşandığın şəxs eyni deyil". Yəni evlənənə qədər bir başqa tanıdığın insan, evlilik dönəmində sənə əsl simasını göstərir və başa düşürsən ki, bu şəxs evlənənə qədər tanıdığın insan deyil. Boşanmaların statistikasına baxanda və hüquqşünaslarla müzakirələr aparanda məlum olur ki, tərəflər daha çox maddi səbəblərdən boşanırlar. Qadınların dəbdəbəli həyat arzusu ailə olmaq arzusundan daha güclü olur və ailə dağılır. Burada sosial şəbəkələrin də müəyyən qədər rolu var. Sosial şəbəkələrdə dəbdəbəli həyat görən qadınlar bunu öz həyatlarında da istəyirlər. Nəticədə ayrılıq qapını döyür...

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, evlənmək yetkinlik yaşına çatmış insanların hüququ olduğu kimi boşanmaq da bir hüquqdur, sadəcə boşanmaların səbəblərinə fikir vermək lazımdır.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Bir çox hallarda boşanan cütlüklər ailələrin maddi durumu və maddi keçimsizlikdən boşandıqlarını açıqlayırlar. Burada şəxslərin dəbdəbəli həyat arzu etməsi və yaxud boşanmanın səbəbi qohumunun rəfiqəsinin və ya sosial şəbəkələrdə olan blogerlərin və digər istifadəçilərin lüks və dəbdəbəli həyatları əsas gətirilməklə boşanılırsa, bu vəziyyət artıq daxili mənəviyyatsızlığın göstəricisidir. Belə ailələrin dağılması qaçılmazdır. Bu səbəbdən də Ailə Məcəlləsinə nikahın pozulması ilə bağlı müəyyən düzəlişlərin, əlavələrin edilməsi üçün şərait yetişib.

Məsələn, bir çox hallarda ailələrə qonşu ölkələrin təcrübələrində və qanunvericliklərində ailələrə müdaxilə, tərəflərin digərini əxlaqsızlıqda, xəyanətdə ittiham etməsi və yaxud əvvəldən vəziyyəti və şəraiti bildiyi halda evlənməklə, sonradan sanki bilmirmiş kimi əsas gətirib boşanan şəxslərlə bağlı qanunvericilik sərt tədbirlər görülməlidir. Bu zaman evliliyə addım atan şəxslər öz məsuliyyətlərini anlayacaq. Çünki ailə institutu dövlətin özəyini təşkil edən institutlardandır. Nəticə etibarilə, bu institutun günbəgün inkişafı və möhkəmlənməsi indi daha çox lazım olduğu bir zamanda vətəndaşların absurd yanaşmalar sərgiləməklə ailələrini dağıtması, gələcək nəslin mənəviyyatsızlığa yönləndirilməsi və daha çox travmalar almasına səbəb ola bilir. Bu da mütəq şəkildə dövlət tərəfindən nəzarətdə saxlanılmalıdır. Dövlət bu məsələnin qanunvericiliyə əsasən tənzimlənməsini də həyata keçirməlidir”-deyə hüquqşünas əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri