Abubakar Azərbaycan klubuna keçə bilər
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kamerun millisinin hücumçusu Vensan Abubakar Azərbaycanda oynaya bilər.
QOL.az "Aktu Kamerun" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 33 yaşlı futbolçuya rəsmi təklif göndərib.
Xəbərdə qeyd edilib ki, hazıırda klubsuz olan Abubakar üçün "Neftçi" variantı yaxşı fürsət ola bilər. "Neftçi"nin təcrübəli forvarddan cavab gözlədiyi bildirilib.
Qeyd edək ki, “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub. O, ötən mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
Xatırladaq kl, bir müddət əvvəl "Qarabağ"ın da Abubakarı heyətinə cəlb etmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















