Abxaziya Rusiya turistlərini təhlükə elan etdi
Icma.az, Azpost saytına istinadən bildirir.
Abxaziya Kino Fondunun direktoru Aleksandr Basaria Rusiya Federasiyasından gələn bəzi turistləri ölkənin milli və iqtisadi təhlükəsizliyi üçün təhdid adlandırıb. O, ucuz turlar vasitəsilə Abxaziyaya gələn və tətil zamanı demək olar ki, heç bir xidmətə pul xərcləməyən turistləri tənqid edib.
AzPost xəbər verir ki, Basaria bu fikirlərini Sovmin Telegram kanalında yayımlanan videoda səsləndirib. Onun sözlərinə görə, restoran, klub və ekskursiyalardan imtina edən turistlər kiçik biznesin çöküşünə səbəb olur. “Nədənsə onlar öz kiçik anklavlarında yaşayırlar. Bu, böyük problem və fəlakətdir”, – deyə o qeyd edib.
O, turizm sektorunun yerli nümayəndələrini rus turoperatorlarla əməkdaşlığa birtərəfli son qoymağa da çağırıb. Basarianın fikrincə, turistlər yalnız dəniz və mənzərə üçün deyil, həm də ölkəyə iqtisadi fayda vermək üçün gəlməlidirlər.
Xatırladaq ki, bir müddət əvvəl Abxaziya Turizm Nazirliyinin əməkdaşı Kristina Lakerbaya da oxşar fikirlər səsləndirmiş, “yazıq turistlərə ehtiyac yoxdur” ifadəsi ilə qalmaqala səbəb olmuşdu. Sözügedən açıqlamalar Rusiyada narazılıqla qarşılanmış və Lakerbaya daha sonra vəzifəsindən azad edilmişdi.
Paylaş
Baxış sayı:87
Bu xəbər 08 İyul 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















