Icma.az
close
up
RU
“Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başladı

“Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başladı

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Abzas Media” saytı ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 nəfərin məhkəməsi başlayıb. Saytın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, iqtisadçı-jurnalist Fərid Mehralızadə, araşdırmaçı Hafiz Babalı və reportyorlar Nərgiz Absalamova ilə Elnarə Qasımova məhkəmə qarşısına çıxarılıb.

Bizimyol.info xəbər verir ki, jurnalistlərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə baxılır.

Dekabrın 17-də məhkəmənin hazırlıq iclası keçirilib. Jurnalistlərin məhkəməsinə media nümayəndələri buraxılmayıb.

Məhkəmədə təqsirləndirilən jurnalistlərin vəkilləri vəsatət qaldırıb ki, müvəkkilləri şüşə kabinədən çıxarılsın, müdafiəçilərinin yanında əyləşsin. Prosesin gedişində məsləhətləşmələrə ehtiyac olur.

Bu vəsatət təmin edilib - təqsirləndirilən jurnalistlər şüşə kabinədən çıxarılıb.

Lakin onlar işlətinə baxan 3 hakimdən ikisinə - Rasim Sadıxov və Novruz Kərimova etiraz ediblər. Etirazlarını əsaslandırarkən bildiriblər ki, bu hakimlər çoxsaylı qanunsuz qərarlar çıxarıblar.

Etiraz təmin edilməyib.

Vəkillər təqsirləndirilən jurnalistlər haqqında cinayət işinə xitam verilməsi, yaxud da onların ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.

Bu vəsatətlər təmin olunmayıb.

Hafiz Babalının vəkili Rəsul Cəfərov onun üçüncü qrup gözdən əlil olduğunu, həmçinin ayağındakı problemlərdən əziyyət çəkdiyini bildirib.

“Abzas Media” ilə bağlı həbsdə olan jurnalistlərin işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı dekabrın 28-nə təyin olunub.

Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Onlar bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri