Açarı itirmişik İrandan Trampa cavab
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
İranın Zimbabve və Cənubi Afrikadakı səfirlikləri ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını açmaq tələbinə istehza ilə cavab veriblər.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İranın Zimbabvedəki səfirliyi Amerika liderinin ultimatumuna cavab olaraq verdiyi açıqlamada Hörmüzü açmaq üçün lazım olan "açarları itirmişik" deyib.
İranın Cənubi Afrikadakı səfirliyi də açarlarla bağlı zarafata reaksiya verib. Səfirlik açarları gül vazasının altında gizlətdiyini və Hörmüz boğazına girişin yalnız dostlar üçün açıq olduğunu yazıb.
Xatırladaq ki, Tramp Hörmüz boğazı aprelin 6-dək açılmayacağı təqdirdə İranın enerji və mülki infrastrukturuna zərbə endirəcəyi ilə hədələmişdi.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 06 Aprel 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















