Icma.az
close
up
RU
AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

AccessBank 2026-cı il üzrə Strateji İnkişaf Planına uyğun olaraq regionlarda filial şəbəkəsinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə Bankın sayca 39-cu filialı Gəncə şəhərində fəaliyyətə başlayıb.

Gəncənin iqtisadi potensialı, sahibkarlıq mühiti və əhali sayı nəzərə alınmaqla şəhərdə AccessBank-ın artıq ikinci filialı müştərilərin xidmətinə verilib. Yeni filial bölgədə həm fərdi müştərilərin, həm də sahibkarların bank xidmətlərinə çıxışını asanlaşdıracaq.

Müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədilə açılan "Kəpəz” filialı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 70 ünvanında yerləşir. Müasir konsepsiya əsasında qurulan filial funksional planlanması və texnoloji həlləri ilə müştərilərə daha rahat xidmət göstərilməsini təmin edir.

Filialda mikro və aqro kreditlər, biznes və istehlak kreditləri, əmanətlərin qəbulu, plastik kartların rəsmiləşdirilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur. Eyni zamanda, sahibkarlar üçün maliyyə məsləhəti və ehtiyaclara uyğun fərdi həllər də mövcuddur.

AccessBank regionlarda dayanıqlı maliyyə inklüzivliyinin təmin edilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Mart 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri