AccessBank ın aktivləri 34% dən çox artıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank 2026-cı ilin yanvar-iyun aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə AccessBank-ın xalis mənfəəti 28 milyon 97 min manat təşkil edib. Bu, illik müqayisədə 7 milyon 157 min manat və ya 34,2% çoxdur.
Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 14 milyon 742 min manat və ya 0,8% artaraq 2026-cı ilin 30 iyun tarixinə 1 milyard 785 milyon 111 min manat təşkil edib.
Bankın kredit portfeli 47 milyon 188 min manat və ya 3,5% artaraq 30 iyun tarixinə 1 milyard 381 milyon 387 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 84 milyon 628 min manat təşkil edib. Bunun 894 milyon 13 min manatını fiziki şəxslərin depozitləri, 190 milyon 615 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 İyul 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















