® “AccessBank”dan Yeni il münasibətilə “myCard Junior” kartlarına 50 faiz endirim AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
“Accessbank” Yeni il ərəfəsində əla fürsət təqdim edir. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan özəl bank kartı – “myCard Junior”u ilin sonuna kimi 50 faiz endirimlə əldə etmək mümkündür.
Uşaqların maliyyə savadlılığının artırılması və xərclərin məsuliyyətli idarə edilməsi bacarıqlarının formalaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilən kampaniya ilə gənc müştərilər keşbek dolu alış-veriş fürsətlərindən də yararlana bilər.
Kampaniya 1 dekabr 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinədək qüvvədədir.
Əlavə olaraq, kampaniya çərçivəsində “myCard Junior” debit kart sahibləri “Apple Pay” vasitəsilə ən azı 10 manatlıq nağdsız əməliyyatlarda 2 manat keşbek əldə edəcəklər. Kampaniya üzrə maksimum keşbek məbləği - 5 manat təşkil edəcək.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















