“Açdım baxdım ki, verilişdə olanları tanımıram” VÜQAR DANIŞDI
Icma.az, Shownews portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva müğənni Vüqar Muradovu verilişinə dəvət etdiyini, lakin onun canlı yayıma qatılmadığını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, aparıcı ifaçının ünvanına sərt sözlər deyib. Vüqar isə məsələyə cavabsız qalmayıb. O, videoaçıqlama yayaraq aparıcıya cavab verib və proqrama qatılmama səbəbini açıqlayıb:
"İki gün əvvəl verilişin prodüseri zəng etdi ki, proqramda sən və Vaqif Şıxəliyev iştirak edəcəksiniz. Razılaşdım ki, məmnuniyyətlə qatılaram, gözəl ifalar edərik. Verilişə gedərkən 2 saat tıxacda qaldım. Kanala çatmağıma az qalmışdı. Açıb baxdım ki, verilişdə vəziyyət necədir. Gördüm ki, Vaqifdən başqa bir xanım və bir bəy də var. Mən onları tanımıram. Prodüserə yazdım ki, kifayət qədər qonaq var, mənə ehtiyac yoxdur. Məni ciddi qarşılamırsınızsa, mən də sizi ciddiyə almıram. Hər şeyin bir əndazəsi var. Məni aldadıblar. Problemim qonaqlarla yox, prodüser və aparıcı ilə idi.
Mətanət Əliverdiyeva yanlış ifadələr işlədib ki, guya qonaqları aşağılayıram. Mənim problemim qonaqlar yox, sizsiniz. Yalan danışmısınız".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















