Icma.az
close
up
RU
AÇG dən 32 ildə 628 milyon ton neft, 253 milyard kubmetr qaz hasil edilib FOTO

AÇG dən 32 ildə 628 milyon ton neft, 253 milyard kubmetr qaz hasil edilib FOTO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür. Azərbaycanın neft-qaz sektorunda mühüm layihələrdən biri olan Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində 1 sentyabr 2026-cı il tarixinədək 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazovun "X" hesabında paylaşdığı məlumatda bildirilib.
 

Məlumata görə, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.


2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.
2019-cu il aprelin 19-da isə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub.
ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.
Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.
2026-cı il sentyabrın 1-dək AÇG-dən 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib. Hasil olunan qazın 63 milyard kubmetrdən çoxu Azərbaycan dövlətinə təhvil verilib.
 

Hazırda AÇG-də iştirak paylarının 35,30 faizi SOCAR-a, 30,37 faizi BP-yə, 9,57 faizi MOL Group-a, 9,31 faizi INPEX-ə, 6,79 faizi ExxonMobil-ə, 5,73 faizi TPAO-ya və 2,92 faizi ONGC Videsh-ə məxsusdur.


"Əsrin Müqaviləsi"nin imzalanmasından 32 il ötür. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi saziş Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə, beynəlxalq etimada və strateji enerji tərəfdaşlığı|na çevirdi. Bu gün həmin möhkəm təməl üzərində yeni enerji layihələri və "yaşıl enerji dəhliz"ləri ilə ölkəmizin enerji tarixinin növbəti səhifəsini yazırıq", - paylaşımda qeyd edilib.
 



Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri