Icma.az
close
up
RU
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 fevral 2025-ci il tarixinədək burada 651,9 mln. ton neft (kondensatla birlikdə), 469,6 mlrd. kubmetr qaz hasil edilib.

APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə AÇG-dən 602,9 mln. ton neft, 230,8 mlrd. kubmetr qaz, “Şahdəniz”dən isə 49 mln. tona yaxın kondensat, 238,8 mlrd. kubmetr qaz çıxarılıb.

“Bundan 1 fevral 2025-ci il tarixinədək 650 mln. tona yaxın neft, 171 mlrd. kubmetr qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2025-ci ilin yanvar ayında respublikada 2,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu AÇG-nin, 0,3 mln. tonu (kondensat) “Şahdəniz”in, 0,05 mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 mln. ton təşkil edib.

Ötən ay ərzində 2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,7 mln. tonu konsorsiumların, 0,25 mln.tonu SOCAR-ın, 0,05 mln. tonu isə “Abşeron” yatağının payına düşüb.

Bildirilir ki, 2025-ci ilin yanvar ayında respublikada 3,9 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 mlrd. kubmetri AÇG-nin, 2 mlrd. kubmetri “Şahdəniz”in, 0,1 mlrd. kubmetri “Abşeron” yatağının, 0,7 mlrd. kubmetri SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 2 mlrd. kubmetr təşkil edib. Bundan 1 mlrd. kubmetr Avropaya, 0,7 mlrd. kubmetr Türkiyəyə, 0,3 mlrd. kubmetr Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 mlrd.kubmetr qaz nəql olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri