Açıq Avropa Turniri: Cüdoçularımız kişilərin mübarizəsində birinci oldu FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turniri başa çatıb.
İdman.biz xəbər verir ki, sonuncu yarış günündə millimiz aktivinə daha 3 medal yazdırıb.
81 kq çəkidə Məhərrəm İmamverdiyev keçirdiyi altı görüşün hamısını qələbə ilə tamamlayaraq qızıl medalı boynundan asıb.
Qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, ötən gün yarışda İslam Rəhimov (66 kq) qızıl, Nazir Talıbov (66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi 60 kq) bürünc medallara layiq görülmüşdü.
Yekunda 2 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən Azərbaycan 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillənin sahibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Sentyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















