“Açıq dialoqa ümid edirik” Papa XIV Leo Rubio səfərinə dair açıqlama verdi
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Papa XIV Leo ABŞ dövlət katibi Marko Rubionun Vatikana səfərinin konkret “cari siyasi məsələlərlə” əlaqələndirilməsinə ehtiyatla yanaşıb və əsas məqsəd kimi dialoqu önə çəkib.
Redaktor.az xəbər verir ki, "Radio-1"in məlumatına görə, pontifik jurnalistlərə açıqlamasında səfərin daha çox diplomatik və ümumi xarakter daşıdığını bildirib.
Papa qeyd edib ki, Rubionun səfəri çərçivəsində əvvəlcə onunla görüş, daha sonra isə Vatikan Dövlət Katibliyində danışıqlar nəzərdə tutulur.
“Ümid edirəm ki, qarşılıqlı anlaşma üçün etimad yaradan açıq və yaxşı dialoq olacaq. Düşünmürəm ki, bu səfər yalnız bugünkü konkret məsələlərlə bağlıdır”, – deyə Papa XIV Leo bildirib.
Məlumata görə, Vatikan tərəfi görüşün əsas məqsədinin beynəlxalq münasibətlərdə dialoq və anlaşma mühitinin gücləndirilməsi olduğunu vurğulayır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 May 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















