Icma.az
close
up
RU
Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara soyundu yazırlar

Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara soyundu yazırlar

Icma.az bildirir, Axsham.az portalına istinadən.

"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat altdan şərh yazırlar ki, "A, bu da soyundu". Biz də el şənliklərinə, tədbirlərə, ad günlərinə, yubileylərə, toylara gedirik. Hamınız elə oxuyanları çağırırsınız. Düşüb onlarla qarşılıqlı rəqs edirsiniz. Vay o gündən bir az qısa geyinək, o saat başlayırlar ki, bu da açılıb-tüküldü. Siz axı onlara dəyər verir, pul ödəyirsiniz. Nə olar, bunu etməyin. Bizi aldatmaq istəyirsiniz, amma fakt göz qabağındadır. Siz elələrini toylarınızda görmək istəyirsiniz".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində deyib. O, sosial şəbəkələrdə tənqid olunan, bayağı mahnılar ifa edən edən müğənnilərə realda daha çox tələbat olmasından şikayətlənib:

"Elə ki, istəyirsən məclisdə bir balaca muğam oxuyasan deyirlər ki, keçin də mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan. Bir şəxsiyyət kimi daxilində buna necə yol verirsən? Şəhərdə gəzirsən bayağı mahnıya maşında elə xod verib ki, buferlər belə səsdən tərpənir. Adam elə mahnıdan utanır. Pəncərəni bağlayırsan ki, heç olmasa, bunu eşitməyəsən. Siz buna qulaq asırsınız. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin".   

G.Əliyeva bəzi müğənniləri də tənqid edib:

"Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq da geyinə bilər. Ay müğənnilər, sənətinizlə var olun. Aparıcıdan tələb edirlər ki, mənə sənətkar de. Sən sənətçi deyilsən. Onlar təsadüfi kəmiyyətdirlər. Bir özünüzə baxın və deyin ki, mən kiməm? Oturuşunuzu-duruşunuzu, kiminlə danışdığınızı bilin. Olmaz belə. Geyim də bunlardan biri".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Mart 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri