Icma.az
close
up
RU
Açıq təxribat, düşmənçilik və terror aktı Əhliman Əmiraslanov yazır

Açıq təxribat, düşmənçilik və terror aktı Əhliman Əmiraslanov yazır

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan ərazisinə İran tərəfindən həyata keçirilmiş dronlarla hücum regionda təhlükəsizliyə və sabitliyə açıq təhdid yaratmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Naxçıvanın mülki infrastrukturunun, o cümlədən strateji əhəmiyyət daşıyan hava limanının və məktəbin hədəf alınması İran tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat, düşmənçilik və terror aktıdır. İranın bu təxribatı həm hərbi-hüquqi baxımdan, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir. Bu hücumları ən sərt şəkildə qınayır və qətiyyətlə pisləyirik.

Azərbaycanın xarici siyasətində qonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz  hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verir. ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın İrana qarşı kifayət qədər təmkinli, soyuqqanlı və deyərdim ki, bütün riskləri göz önünə alaraq dostcasına davranmasına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, o cümlədən Xarici işlər naziri Ceyhun Bayramovun müharibənin başladığı gün iranlı həmkarı Abbas Araqçiyə zəng edərək məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirməsi və Azərbaycanın ərazisindən İrana qarşı heç vaxt istifadə edilməsinə yol verilməyəcəyinə zəmanət verməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını və iç üzünü ortaya qoydu. Sülh, bərabərlik, əmin-amanlıq və birgəyaşayış dini olan İslamı bütün dünyada gözdən düşürən, ona ləkə olan bu rejimin ərazimizə dron hücumu terrordur. Ölkəmiz regionda sabitliyin və sülhün qorunmasının tərəfdarıdır və dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını vacib hesab edir.

Bununla belə, Azərbaycan xalqı və dövləti hər zaman öz milli maraqlarını və təhlükəsizliyini qorumaq əzmində və iqtidarındadır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövləti istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu çirkin və qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq. Azərbaycana qarşı törədilən bu hücumdan dərhal sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasını çağıraraq İranın bu təxribatını Azərbaycan dövlətinə qarşı terror aktı və namərd hücumu kimi qiymətləndirməsi, İran rəsmilərindən rəsmi izahat və üzr tələb etməsi, bu terroru törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəməsi və Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verməsi regionda yeni siyasi reallıq yaratdı. İndiyə qədər İranın bu cür təxribatlarına bəzi dövlətlərin ehtiyatlı, bəzən isə zəif reaksiyalar verməsi molla rejimini daha da cəsarətləndirirdi. Prezident İlham Əliyev isə bu təhlükəli stereotipi qıraraq açıq mesaj verdi: “Azərbaycan öz təhlükəsizliyinə qarşı yönələn heç bir təhdidi cavabsız qoymayacaq və dövlətimizin gücünü sınamaq istəyənlər bunun ağır nəticələrinə hazır olmalıdırlar.” Düşmən bilməlidir ki,  xalq hər zaman dövlətinin, ordusunun və Ali Baş Komandanın yanındadır və bu kimi alçaq hücumlara qarşı səfərbər olmağa hazırdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri,

akademik Əhliman Əmiraslanov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri