Icma.az
close
up
RU
Acun Ilıcalı da həbs olunacaq? Araşdırma başladı KONKRET

Acun Ilıcalı da həbs olunacaq? Araşdırma başladı KONKRET

İstanbul Respublika Prokurorluğu Acun Ilıcalı barəsində “qanunsuz mərc oyunları reklamı və təşviqi” ilə bağlı istintaq başladıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Acun Ilıcalı, Tv8 televiziya kanalı və EXXEN rəqəmsal platformasının məsul şəxsləri haqqında “qanunsuz mərc oyunları reklamı və təşviqi” ilə bağlı istintaqa başlayıb.

Qeyd edək ki, Türkiyə UEFA Millətlər B Liqasının 4-cü Qrupunun 6-cı həftəsində Monteneqro ilə qarşılaşıb və TV8-də canlı yayımlanıb. Qarşılaşma zamanı reklam lövhələrində qanunsuz mərc saytları reklam edilib.

Sosial mediada trend olan məsələ ilə bağlı açıqlama verən Acun Ilıcalı xaricdə oynanılan matçların reklam lövhələrinin satışının ev sahibi ölkəyə aid olduğunu bildirmişdi./milliaz

seeBaxış sayı:79
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri