Acun Ilıcalıdan iddialı sözlər “Las Veqası onların ayağına gətirəcəyəm”
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hall Siti”nin sahibi Acun Ilıcalı komandasının uğurlu çıxışı ilə bağlı maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli iş adamı İngiltərənin ilk 4 liqasında 3 turdan sonra qol buraxmayan yeganə komanda olmalarına diqqət çəkib.
Ilıcalı ötən mövsümün pley-off mərhələsində də “Hall Siti”nin üç qarşılaşmada qapısını toxunulmaz saxladığını xatırladıb:
“Qarşıda bizi “Çelsi” ilə çətin oyun gözləyir. Amma hamıya xatırlatmaq istəyirəm ki, ötən mövsüm pley-offdakı üç matçımızda da qol buraxmadıq. Beləliklə, ardıcıl 6 oyundur qapımızı toxunulmaz saxlayırıq”.
O, daha əvvəl futbolçularına verdiyi Las-Veqas vədinə də toxunub:
“Yarımfinaldan əvvəl verdiyim Las-Veqas sözü hələ də qüvvədədir. Əgər belə davam edə bilsək, onları Las-Veqasa göndərməyəcəyəm. Las-Veqası onların ayağına gətirəcəyəm”.
Qeyd edək ki, Acun Ilıcalı “Hall Siti”nin sahibi və klubun idarə heyətinin sədridir.
“Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq” “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur” Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA Türkiyə klubunda ayrılıq - RƏSMİ “Fənər”də ayrılıq: RUSİYAYA YOLLANDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Sentyabr 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















