Acun Ilıcalının klubu dopinq şübhəlisini transfer edib Türk funksioner detalları açıqladı
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Çempionşipində çıxış edən “Hall Siti”nin hücumçusu Oskar Sambranoda dopinq aşkarlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Hull Live" yayıb.

Xəbərə görə, bu mövsümün əvvəlində heyətinə qatdığı Ekvador klubu “LDU Kido”dan icarə əsasında “pələnglər”ə keçən 20 yaşlı hücumçunun dopinq testi müsbət nəticələnib.
Klubun türkiyəli sahibi Acun Ilıcalı bu barədə açıqlama verərək futbolçusuna görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdiklərini, onun günahsız olduğuna inandıqlarını bildirib: "Oskarın bu ilin əvvəlində narkotik testi ilə bağlı bir probleminin olduğunu bilirdik. Açığı, hesablanmış bir risk aldıq. Bu məsələdə biz ona inandıq. O, bizə öz hekayəsini danışdı. Bəli, diskvalifikasiya olunmaq təhlükəsi var, amma biz onun günahsız olduğunu düşünürük. Əlbəttə ki, kluba heç bir ziyan olmayacaq. Bizim üçün hər şey qaydasındadır".
Sambrano cari mövsüm “Hall Siti”nin heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Noyabr 2024 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















