Acun Ilıcalının komandası Hall Siti qələbə ilə toparlandı
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Acun Ilıcalının sahibi olduğu "Hall Siti" İngiltərə Çempionşipində növbəti qələbəsini qazanaraq turnir cədvəlində yüksəlişini davam etdirib. Komanda 24-cü turda səfərdə liqanın ikinci sırasında yer alan “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edib.
Sherg.az xəbər verir ki, oyuna fəal başlayan "Hall Siti" 12-ci dəqiqədə Gyabinin vurduğu qolla hesabda önə keçib. İlk hissə bu nəticə ilə başa çatıb. İkinci hissədə ev sahiblərinin cəhdlərinə baxmayaraq hesab dəyişməyib və qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə "Hall Siti" məğlubiyyətsiz seriyasını 5 oyuna çatdıraraq xallarının sayını 41-ə yüksəldib. Middlesbrough isə 43 xalda qalıb.
Səfərdə qazanılan bu qələbə "Hall Siti" nin play-off iddiasını gücləndirib, “Midlsbro” isə evdə xal itirərək zirvə yarışında fürsəti əldən verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















