Acun Mançester Yunayted in ulduzunu birdəfəlik transfer edir
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hall Siti" qış transfer dövründə heyətinə qatdığı, lakin zədə səbəbindən cəmi 5 oyunda meydançaya çıxa bilən Tobi Kolliyeri əldən vermək istəmir.
Milli.Az xəbər verir ki, Kolliyer "Hall Siti"yə keçdikdən sonra ciddi zədə alıb və mövsümün qalan hissəsində forma geyinə bilməyəcək. Qaydalara əsasən, o, mövsüm sonunda rəsmən "Mançester Yunayted"ə qayıtmalıdır. Lakin klub rəhbərliyi və Acun Ilıcalı oyunçunun nümayiş etdirdiyi potensialdan o qədər razı qalıblar ki, onu komandada saxlamağa qərar veriblər.
"Hall Siti" rəhbərliyi həm futbolçunun özü, həm də "Mançester Yunayted" klubu ilə ön görüşmələr aparıb.
Məlumata görə, 22 yaşlı yarımmüdafiəçi də karyerasını "Hall Siti"də davam etdirməyə müsbət yanaşır.
Transfer prosesinin yaxın vaxtlarda rəsmiləşəcəyi və Kolliyerin növbəti mövsümdə də Acun Ilıcalının komandasında çıxış edəcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 20 Aprel 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















